Beynəlxalq ekspert: “Azərbaycanın vergi borclarının idarə olunması sahəsindəki təcrübəsi nəzərəçarpandır”
"Azərbaycan vergi borclarının idarə olunması sahəsində müəyyən uğurlar əldə edib. Bu sahədə Azərbaycanın uğurları və təcrübəsi nəzərəçarpandır". Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) "Vergi borclarının idarə edilməsi" üzrə İşçi Qrupunun rəhbəri Yevgenius Soldatkovas deyib. O bildirib ki, artıq vergi toplanmasında müxtəlif mənbələrdən, bank hesablarından iri vergi ödəyicilərinin qeydiyyat kağızlarından və digər zəruri məlumatlardan istifadə olunması artıq yaxşı göstəricilərdir. Onun sözlərinə görə, istər hüquqi şəxs, istərsə də hüquqi şəxslərin vergi ödəyiciləri və administrasiya ilə dialoqunun qurulması çox vacibdir.
"Bu gün Bakıda keçirilən İşçi Qrupunun iclasında burada Avropada daxili vergi administrasiyasından olan ölkələr toplaşıb. Xüsusilə vergi borclarının idarə olunması ilə bağlı məsələlər müzakirə olunur. Burada Avropadaxili Vergi Administrasiyalarından olan 46 ölkə öz problemlərini ortaya qoyur. Xüsusilə iflasa uğramaqda olan şirkətlərdə vergi borclarının idarə olunması və ortaya çıxan problemlərin həllində mümkün ola biləcək bütün alternativ vasitələrin müzakirəsi aparılacaq. Bakıda toplaşmaqda əsas məqsədimiz öz təcrübələrimizi paylaşmaq, müəyyən fikir mübadiləsi aparmaq, bununla da vergi administrasiyaları aralarında şəbəkələşməyə xidmət etməkdən ibarətdir. Tədbirin sonunda hər hansı bir sənədin imzalanması isə gözlənilmir", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB