Dövlət qulluqçuları Türkiyə Respublikasında səfərdə olublar

Dövlət qulluqçuları Türkiyə Respublikasında səfərdə olublar

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəylinin rəhbərlik etdiyi Azərbaycan Respublikasının 5 dövlət orqanını təmsil edən nümayəndə heyəti Türkiyə Respublikasında səfərdə olub. SİA-nın xəbərinə görə, nümayəndə heyətinə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Mədəniyyət və Turizm Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri daxil olublar.

Səfər ərzində Azərbaycan nümayəndə heyəti Türkiyə Respublikasının dövlət qulluğu sistemi ilə yaxından tanış olmaq məqsədi ilə Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Ətraf Mühit və Şəhərsalma Nazirliyi, Dövlət Kadrlar İdarəsi, Dini İşlər İdarəsi və Elmi-Texnoloji Araşdırmalar Qurumunda olub. Hər bir dövlət orqanında həmin orqanın fəaliyyəti və həyata keçirdiyi siyasət barədə Azərbaycan dövlət qulluqçularına məlumat verilib.

Qeyd edək ki, Fəaliyyət Proqramına əsasən Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Ətraf Mühit və Şəhərsalma Nazirliyinin, Dövlət Kadrlar İdarəsinin, Dini İşlər İdarəsinin və Elmi-Texnoloji Araşdırma Qurumunun nümayəndələri 2011-ci il 31 oktyabr – 4 noyabr tarixlərdə ölkəmizə səfər ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə