Lerikin 30 kəndi işıqsızdır

Lerikin 30 kəndi işıqsızdır

Martın 4-də gecə saatlarından başlayaraq cənub bölgəsində əsən güclü cənub küləyi Lerik və Lənkəran rayonlarının elektrik təsərrüfatına ciddi ziyan vurub. SİA-nın verdiyi xəbərə görə, hər iki rayonun fövqəladə hallar komissiyaları daxili imkanlar hesabına təbii fəlakətin vurduğu ziyanın nəticələrini aradan qaldırmaq məqsədi ilə zəruri tədbirlər həyata keçirilib.

Lerik rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, güclü külək nəticəsində rayonun Şingədulan kəndindəki yarımstansiyada qəza baş verdiyindən 40-dan çox yaşayış məntəqəsi işıqsız qalıb.

Martın 5-də axşam saatlarında 10 kənddə elektrik enerjisinin verilişi bərpa olunsa da, hələ də rayonun 30 kəndi işıqsızdır.

Lənkəran rayonunun 15-dən artıq yaşayış məntəqəsinin elektrik təsərrüfatı da güclü küləkdən ziyan çəkib. Ağacların aşması nəticəsində elektrik naqilləri qırılıb, onlarla dirək zədələnib.

Ələt-Astara magistral yolunda çinar ağaclarının aşması nəticəsində 0,4 tonluq dayaq aşmış, 2 transformator zədələnmiş, 100 kiloqramlıq xəttin 3 dirəyi sıradan çıxıb.

Rayon elektrik şəbəkəsinin canlı işçi qüvvəsi, maşın və mexanizmləri qəzaları aradan qaldırmaq, işıqsız qalmış kəndləri elektrik enerjisi ilə təmin etmək üçün təxirəsalınmaz tədbirlər həyata keçirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə