Binalardakı sızmaların qarşısı tezliklə alınması barədə qərar verildi

Binalardakı sızmaların qarşısı tezliklə alınması barədə qərar verildi

"Komissiyanın gəldiyi rəyə görə, Xətai rayonunun General Şıxlinski küçəsi ilə Gəncə prospekti ərazisindəki sürüşmə təbii fəlakətdir. Sürüşməyə ilk səbəb 21 gün yağan qar və yağıntıdır". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Bakı şəhər Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib. O bildirib ki, ikincisi səbəb isə ərazidən keçən su boruları, kanalizasiya və istilik xətlərində baş verən sızmalardır.

Əhalinin zirzəmilərəki sızmalar və ya su yığılması ilə bağlı şikayətlərinə gəlincə H.Abutalıbov vurğulayıb ki, komissiya bu sızmaların qarşısı tezliklə alınması barədə qərar verib: "Heç bir binanın zirzəmisində su yoxdur. Buna əmin ola bilərsiniz".

Bütün xəbərlər Facebook səhifəmizdə