Xətai rayonundakı yamacın yuxarısında tikilmiş 3 binadan ikisi söküləcək
"Komissiya belə bir qərara gəlib ki, tam yüksək səviyyədə təhlükəsizlik yaranana qədər Bakının General Şıxlinski küçəsi ilə Gəncə prospekti ərazisindəki yamacın yuxarısında tikilən bu evlərə əl vurulmasın. Amma evlərin taleyi birdir, onlar söküləcək". SİA-nın xəbərinə görə, bunu Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov jurnalsitlərə açıqlamasında deyib. O bildirib ki, yamacın yuxarısında tikilmiş 3 binadan ikisinin sökülməsinə qərar verilib. Onun sözlərinə görə, amma sökülmə indi davam edə bilməz, çünki sökülmə torpaq sürüşməsinə müəyyən qədər təkan verə bilər. Amma tam stabillik yaranandan sonra həmin iki bina tam söküləcək.
H.Abutalıbov həmin ərazidə mütəmadi olaraq geoloqların işləyəcəyini deyib: "Mən özüm hər gün burdayam. Fövqəladə Hallar Nazirliyinin bütün işçiləri burada müşahidə aparacaqlar. Bir həftə ərzində hansı işlər görülməli, hansı dərinlikdə olması, hansı divarların çəkilməsi barədə Fövqəladə Hallar Nazirliyi bizə məlumat verəcək. Hazır olan bütün bərkitmə işlərinə başlayacağıq. Ona görə ki, bu bərkimtə işləri başlayıb qurtarana kimi təhlükə üçün müəyyən ehtimallar var. Amma işlər görüləndən sonra bu ərazidə sürüşmə olmayacaq".Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB