Hacıbala Abutalıbov: \"Müşavirədə qərar verildi ki, iki binanın sakınləri evlərinə qayıda bilərlər\"

Hacıbala Abutalıbov: \"Müşavirədə qərar verildi ki, iki binanın sakınləri evlərinə qayıda bilərlər\"

Xətai rayonunun General Şıxlinski küçəsi ilə Gəncə prospekti arasındakı yaşayış massivindəki sürüşmə təhlükəsi ilə əlaqədar keçirilən müşavirədə yekun rəy verilib. SİA-nın xəbərinə görə, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov jurnalistlərə açıqlamasında bildirib ki, dünənki vəziyyətə görə, bu gün suyun səviyyəsi 2,2 metr aşağı düşüb, sürüşmə yoxdur: "Bu, bizə əminlik verir ki, burada tam stabillik yaranıb. Ona görə də belə qərara gəlindi ki, iki binaya insanların köçürülməsinə icazə verilsin müşavirə zamanı hər iki bina sakinlərinin köçürülməsinə icazə verilməsi barədə qərar qəbul olunub".

Onun sözlərinə görə, yalnız 63-cü binanın 1-ci mərtəbəsində yaşayışa icazə verilməyəcək: "Çünki müəyyən ehtimallar ola bilər ki, bu birinci mərtəbəyə müəyyən qədər torpaq gəlsin. Ona görə də birinci mərtəbənin 4 mənzilində hələlik yaşamağa icazə verilməyəcək. Birinci mərtəbənin sakinləri sabah öz evlərinə köçəcəklər. Bütün binalar hazırda su və işıqla təmin olunacaq. Amma qaz bütün əhali köçəndən sonra veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə