Bakı şəhərində yaşıllaşdırma işlərinin təmin edilməsi ilə bağlı 2,0 (iki) milyon manat ayrılıb

Bakı şəhərində yaşıllaşdırma işlərinin təmin edilməsi ilə bağlı 2,0 (iki) milyon manat ayrılıb

Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərində yaşıllaşdırma işlərinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. SİA-nın verdiyi xəbərə görə, bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılıb.

Maliyyə Nazirliyi sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə