MTRŞ iki regional televiziyanın lisenziyasını 6 il uzadıb

MTRŞ iki regional televiziyanın lisenziyasını 6 il uzadıb

Milli Televiziya və Radio Şurası "Alternativ" və "Xəyal" regional televiziyalarının lisenziyalarını 6 il uzadıb. SİA-nın verdiyi xəbərə görə, bu barədə qurumun iclasında qərara alınıb.

Şuradan bildirilib ki, həmin televiziyaların lisenziyaları MTRŞ "Televiziya və radio yayımı haqqında" 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 22.3-cü maddəsinin tələblərini, Azərbaycan Prezidentinin 2002-ci il 5 oktyabr tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 8.9-cu bəndini rəhbər tutaraq uzadılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə