Ermənistan ordusu Xocavəndin işğal altında yerləşən ərazilərinə od vurub

Ermənistan ordusu Xocavəndin işğal altında yerləşən ərazilərinə od vurub

Erməni hərbiciləri işğal altında yerləşən ərazilərimizi yenidən yandırmağa başlayıb.

SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, yanğın baş verən ərazilərdə şiddətlənən alov tüstü dumanı cəbhəyanı yaşayış məntəqələrində açıq aydın görünür. Gecə saatlarında başlayan yanğınlar Xocavəndin işğal altında olan Qarakənd ərazisində müşahidə edilib.


İşğal altında yerləşən ərazilərdə baş verən geniş miqyaslı yanğınlar quru otlaq sahələrini əhatə edib. Getdikcə geniş miqyas alan alov meşə zolağına doğru hərəkət edərək ekologiyaya ciddi ziyan vurub.


Qeyd edək ki, Azərbaycanın işğal altında yerləşən əraziləri nəzarətsiz olduğundan ermənistan ordusu tez-tez həmin torpaqlarda yanğınlar törədir.


Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə