Bir qrup jurnalist Xocavənd rayonunun Dağlıq Qarabağ bölgəsinə səfər edib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, səfər Parlament Jurnalistlər Birliyi və "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib. Bölgəyə səfər edən jurnalistlər arasında millət vəkilləri Fuad Muradov və Rövşən Rzayev, "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov Xocalı, Xocavənd və Beyləqan rayon İcra Hakimiyyətinin başçıları Şahmar Usubov və Eyvaz Hüseynov o cümlədən Beyləqan rayon icra hakimiyyətinin başçısı İrşad Əliyev olub. Nümayəndə heyəti cəbhə bölgəsinə gələrək Nərgiztəpə yüksəkliyindəki şəhidlər kompleksini ziyarət edib. Şəhidlərin abidəsi önünə gül-cicək dəstələri düzülüb.
Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı qurumun beynəlxalq jurnalist təşkilatlarına, Dağlıq Qarabağın erməni əsilli sakinlərinə, eləcə də bölgədə çalışan jurnalistlərə müraciətini oxuyub.
Müraciətdə Azərbaycanın ərazi bütövlüyünün dinc yolla bərpası üçün səy göstərmək çağırışı yer alır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB