Son günlər Ermənistan mətbuatı və vətəndaş cəmiyyəti Amerika Birləşmiş Ştatlarının (ABŞ) Pensilvaniya Universitetinin elan etdiyi illk hesabat müzakirə edilməkdədir. SİA-nın xəbərinə görə, əsas hədəf isə İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) hesabatdakı uğurları ilə bağlıdır. Erməni mətbuatı ilə yanaşı düşmən ölkənin bloqerləri də tez-tez bu məsələyə toxunurlar. Belə ki, erməni bloger H. Daneilyan Vordpresdəki səhfəsində yerləşdirdiyi sonuncu yazısında nüfuzlu Pensilvaniya Universitetinin qiymətləndirmələrində İSİM-in 3 kateqoriya üzrə aparıcı yer tutasını tənqid edib. Ermənistanın hər hansı beyin mərkəzinin dünyanın, eləcə də Mərkəzi Şərqi Avropanın aparıcı beyin mərkəzləri siyahısına daxil edilməməsini problem kimi göstərib. Məsələnin ciddi araşdırılmasının lazım olduğunu qeyd edib.
Düşmən ölkənin mətbuatı Ermənistanın yox, Azərbaycanın beyin mərkəzinin adının belə hesabata daxil edilməsini problem kimi dəyərləndirib. Mətbuat Ermənistan təşkilatlarının da belə qiymətləndirmələrdə yer alması istiqamətində kampaniyanın aparılmasına və eləcə də Azərbaycan təşkilatlarının təmsilçiliyinin qarşısının alınması istiqamətində işlərə ehtiyac olduğunu vurğulayıb.
Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Pensilvaniya Universiteti bir müddət öncə BMT-nin baş qərərgahında dünya üzrə beyin mərkəzlərinin reytinqlərinin qiymətləndirilməsi ilə bağlı yeni hesabatını açıqlamışdı. Hesabatda müxtəlif kateqoriyalar üzrə dünyanın 182 ölkəsindən 6545 təşkilatla bağlı qiymətləndirilmə aparılmışdı. Azərbaycandan yalnız İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) müxtəlif kateqoriyalar üzrə qiymətləndirmələrdə yer almışdı. Belə ki, İSİM dünyanın 50 aparıcı beyin mərkəzi siyahısında 33-cü sırada qərarlaşırdı. Hansı ki, bu kateqoriya üzrə 25 min beyin mərkəzinin namizədliyi irəli sürülmüşdü. Eyni zamanda Mərkəzi və Şərqi Avropada 15-ci güclü beyin mərkəzi kimi qiymətləndirilən İSİM illik büdcəsi 5 milyon dollardan az olan təşkilatlar arasında dünyada ilk üçlüyə daxil edilmişdir. Nəticədə İSİM 3 kateqoriyada dünyanın ən güclü beyin mərkəzi elan olunmuşdu. Emənistandan isə hər hansı beyin mərkəzi nə dünyanın, nə də Mərkəzi Şərqi Avropanın aparıcı beyin mərkəzi sıyahısına daxil edilməmişdi.
İqtisadi və Sosial İnkişaf Mərkəzindən bildiriblər ki, Ermənistan mətbuatının, eləcə də blogerlərin narahatçılıqları bizim üçün başadüşüləndir: "Əslində bu qisqanclıq, müəyyən mənada, həm də bizim üçün normal qarşılanmalıdır. Çünki Ermənistan Azərbaycanın beyin mərkəzlərinin dünyanın nüfuzlu hesabatlarında yer almasını qəbul edə bilmir. Halbuki İSİM-in beynəlxalq hesabatlarda yer alması mərkəzin ölkə daxilində, eləcə də dünyada fəaliyyətini genişləndirməsi ilə bağlıdır. İSİM bu gün dünya beyin mərkəzləri arasında tutduğu yeri qoruyub saxlamağa çalışacaq\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB