YAP Gənclər Birliyinin sədri Bakı Dövlət Universitetinin bir qrup aktiv gəncləri ilə görüşüb- FOTO

YAP Gənclər Birliyinin sədri Bakı Dövlət Universitetinin bir qrup aktiv gəncləri ilə görüşüb- FOTO
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov ilə Bakı Dövlət Universitetinin (BDU) bir qrup aktiv gəncləri arasında görüş keçirilib. SİA-nın məlumatına görə, görüş iki hissədən ibarət olub. Tədbirdə BDU-nun tələbə həmkarlar ittifaqının sədri Daşqın Qəmbərov və YAP-ın Yasamal rayon Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev iştirak edib.


Görüşün I hissəsində S. Orucov YAP sədri İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən böyük quruculuq işləri və islahatlar, gənclərə göstərilən dövlət qayğısı kimi mövzular ətrafında çıxış edib. O, YAP-ın Gənclər Birliyinin dövlətin gənclər siyasətinə verdiyi dəstək, həyata keçirdiyi layihələr, tədbirlər və bu kimi görüşlər barəsində ətraflı iştirakçılara məlumat verib.


Tədbirin II hissəsində isə görüş iştirakçıları ilə açıq diskussiya keçirilib. Diskussiya zamanı gəncləri maraqlandıran, onları narahat edən məsələlərin (xüsusilə də son dövlərdə sosial şəbəkələrdə ölkəmizin əleyhinə aparılan əsassız, böhtan xarakterli təbliğatın yolverilməzliyi) müzakirəsi və bu istiqamətdə sağlam düşüncəli aktiv mövqe nümayiş etdirmək ön plana çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə