Xətai rayonundakı sürüşmə zonasında qarışıq vəziyyət yaşanır-ARAŞDIRMA
Xəbər verdiyimiz kimi, son 3 gün ərzində Bakının Xətai rayonunda yerləşən yaşayış massivində təhlükəli vəziyyət yaranıb. Sürüşmə təhlükəsi ilə əlaqədar ərazidə dövlət rəsmilərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirə zamanı qərar alınıb ki, təhlükə sovuşanadək insanlar ən azı bir həftə ərzində yaxınlarının, qohumlarının evlərinə köçsünlər. Bundan sonra, şənbə günündən başlayaraq əhalinin köçürülməsinə başlanılıb. Müşavirədən sonra Xətai rayonunun General Şıxlinski küçəsi ilə Gəncə prospekti arasındakı yaşayış massivindəki sürüşmə təhlükəsi ilə əlaqədar olaraq, ərazidəki 9 mərtəbəli iki binanın sakinləri köçürülməyə başlanıb. Artıq təhlükəli ərazidə olan binalardakı əsasən əlil və qocalardan ibarət olan 30-a yaxın ailə mehmanxanaya köçürülüb. Digər ailələrin isə köçürülüb-köçürülməyəcəyi bugün sürüşmənin səbəblərini öyrənən geoloji komissiyanın verəcəyi açıqladamadan sonra müəyyənləşəcək.
Lakin ərazidə olan vətəndaşlar heç yerə köçürülmədiklərini, son 3 günü küçələrdə və ya yaxınlarının evlərində məskunlaşmaq məcburiyyətində qaldıqlarını deyirlər.
Ərazidə yaşayan sakin Rey Kərimoğlu deyir ki, 2 binada 252 nəfər vətəndaş məskunlaşıb: "Yerlərdə olan rəsmilərin verdiyi məlumata görə, 80 ailə yerləşdirilib. Ancaq vətəndaşların məlumatına görə, ötellərdə 40-50 ailə yerləşdirilib ki, onları da bu gün yerləşdirildikləri oteldən çıxardıblar. İnsanların qalanının hərəsi isə bir yerdə qalır. Maşında, yataqxanada, qohum evində qalanlar var. Nazirlər, dövlət rəsmiləri tərəfindən işlərə baxılır, müəyyən tapşırıqlar verilir. Lakin o tapşırıqlar yerlərdə icra olunmur. Hacıbala Abutalıbovun tapşırığının olmasına baxmayaraq yerlərdəki rəsmilər tərəfindən həmin şəxslər yerləşdirilmir. Məsələyə qeyri-ciddi yanaşırlar, insanlara qarşı münasibət düzgün qurulmayıb. Əsas problem də bundadır".
İsmayılova Esmira isə belə deyib: "Biz istəyirik ki, konkret bir söz desinlər. 4 gündür ki, küçələrdə qalmışıq. Otellərə ancaq 3-5 nəfər yerləşdirilib, qalan insanlar küçələrdədir. Lakin oteldə yerləşdirilənlər də bugün səhər çıxarılıb".
Quliyeva Şəkər isə ailədə 10 nəfər olduğu halda küçədə olduqlaırnı deyiblər: "2 gündür xəstəxanadan təzə doğulmuş uşaq çıxartmışam. Birinci gün maşında qalmışıq, amma ötən gün uzun müzakirələrdən sonra bizləri otelə yerləşdirdilər. Bu gün səhər isə əlimzidən kartı aldılar ki, qalmaq bir günlükdür. Uşaqlar vəziyyətlə bağlı məktəbə də gedə bilmirlər. 1991-ci ildə də belə hadisə olmuşdu. Amma həmin vaxt dağın torpağını daşıyıb, yüngülləşdirdilər. Ondan sonra müxtəlif tikililər tikildi, təzədən torpaq töküldü deyə indi də belə vəziyyət yaranıb".
Hadisə yerinə gələn xalq artisti Habil Əliyev isə buradakı insanların vəziyyətindən narahat olduğunu deyib: "Mən insanlara olan sevgim xəstə yataqdan durub bura gəlməyə vadar etdi. Evdə eşidib, daha çox narahat oluram. Amma bu gün gəldim ki, görüm vəziyyət necədir. Ən əsası insanlar bir-birini sevməli, hörmət etməlidir. Belə olan halda işlər yaxşı, xalqın xeyrinə gedəcək. xalqını sevən adam mənim əzizimdir".
Sürüşmə zonasında olan Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Zaməddin Əkbərov isə deyib ki, mütəxəssislərin ilkin rəyinə görə, Xətai rayonu General Şixlinski küçəsi ilə Gəncə prospekti arasındakı yaşayış massivində müşahidə olunan sürüşmə prosesi dayanıb, akviləşmə yoxdur. Onun sözlərinə görə, hazırda nümunələr götürülür, 5 yerdə müxtəlif quyular qazılır.
"Həmin quyulardan nümunələr götürülərək laboratoriya analizinə verilib, bir neçə saatdan sonra onun cavabı məlum olacaq: "Həmin vaxt bilinəcək ki, burada hansı sızıntılar var. Ancaq mütəxəssilərin ilkin rəyinə görə, bu prosesin baş verməsində əsas səbəb havaların sərt keçməsi, qar kütləsinin çox olması olub. Eyni zamanda, müxtəlif kommunikasiya xətlərindən axan sızıntılar prosesə təsirsiz ötüşməyib. Ona görə də hazırda istilik istemlərinin, kanalizasiya və bu kimi kəmərlərinin ətrafında axtarış aparılır", - deyə o əlavə edib.
Əhalinin yerləşdirilməsi ilə bağlı məsələyə gəlincə, icra başçısının ümavini əlavə edib ki, belə hal olmayıb və deyilənlərin hamısı əsassıdır: "Bakı şəhər İcra Hakimiyyəti Xətai rayon İcra Hakimiyyəti aparatının məsul şəxsləri kimi bütün günü sakinlərlə görüşüb müxtəlif söhbətlər aparırıq. Onlardan xahiş edirik ki, müvəqqəti olaraq qohum, tanış evlərində bir neçə gün məskunlaşsınlar. Yaxınları olmayan, kimsəsizləri mehmanxanalarda yerləşdirmişik".
Qeyd edək ki, bugün axşam saat 5-6 radələrində mütəxəssislər işçi qrupuna rəy təqdim edəcəklər. Axşam radələrində insanlara məlumat veriləcək ki, onlar nə vaxt evlərinə qayıda bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB