Sürüşmə ilə bağlı mütəxəssislərin ilkin rəyi açıqlandı

Sürüşmə ilə bağlı mütəxəssislərin ilkin rəyi açıqlandı

Mütəxəssislərin ilkin rəyinə görə, Xətai rayonu General Şixlinski küçəsi ilə Gəncə prospekti arasındakı yaşayış massivində müşahidə olunan sürüşmə prosesi dayanıb, akviləşmə yoxdur. Bunu SİA-ya açıqlamasında Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Zaməddin Əkbərov məlumat verib. O bildirib ki, hazırda nümunələr götürülür, 5 yerdə müxtəlif quyular qazılır. Onun sözlərinə görə, həmin quyulardan nümunələr götürülərək laboratoriya analizinə verilib, bir neçə saatdan sonra onun cavabı məlum olacaq: "Həmin vaxt bilinəcək ki, burada hansı sızıntılar var. Ancaq mütəxəssilərin ilkin rəyinə görə, bu prosesin baş verməsində əsas səbəb havaların sərt keçməsi, qar kütləsinin çox olması olub. Eyni zamanda, müxtəlif kommunikasiya xətlərindən axan sızıntılar prosesə təsirsiz ötüşməyib. Ona görə də hazırda istilik sistemlərinin, kanalizasiya və bu kimi kəmərlərinin ətrafında axtarış aparılır".

İcra başçısının müavini qeyd edib ki, bu gün axşam saat 5-6 radələrində mütəxəssislər işçi qrupuna rəy təqdim edəcəklər. Onun sözlərinə görə, axşam radələrində insanlara məlumat veriləcək ki, nə vaxt evlərinə qayıda bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə