Yazıçı Çingiz Abdullayevin “Əfsanəyə çevrilmə haqqı” kitabının təqdimatı keçirilib
Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, yazıçı Çingiz Abdullayevin Ukrayna prezidenti Viktor Yanukoviç haqqında yazdığı "Əfsanəyə çevrilmə haqqı" kitabının Azərbaycan dilinə tərcümə olunan nəşrinin təqdimatı keçirilib. SIA-nın məlumatına görə, kitabın redaktoru Qulu Ağsəs nəşrin müəllifi, o cümlədən kitabın Azərbaycan və Ukrayna dillərinə tərcümə edilməsində əməyi olan Burzu Əliyevin fəaliyyəti haqqında danışıb.Q. Ağsəs kitabın Ukrayna dilinə tərcümə olunan nəşrinin də təqdimatının olacağını söyləyib: "Bu kitab ukraynalılara Ukrayna həqiqətlərini göstərir".Kitabın Azərbaycan dilinə tərcümə edən İlqar Fəhmi detektiv janrın xarakteri və Ç. Abdullayevin fərqli yanaşma müəllifi olduğunu da deyib: "Əsərdə müəllif Qərbin ikili standartlarını açıq şəkildə göstərməyə nail olub. Əlbəttə, əsərdə adlarda dəyişiklik olsa da, məlumatlı oxucu söhbətin kimlərdən getdiyindən hali ola bilər".Milli Məclisin deputatı Aqil Abbas xarici ölkələrdə Ç. Abdullayevin əsərlərinin kütləvi oxunmasına qürurla yanaşdığını bildirib: "Hər bir yaxşı yazıya təbrik düşür".Milli Məclisin deputatı, jurnalist Sahib Alıyev kitabın Azərbaycan və Ukrayna dillərinə tərcüməsində xüsusi rolu olan, Ukraynada yaşayan azərbaycanlı Burzu Əliyevin fəaliyyətinin təqdirəlayiq olduğunu deyib. S. Alıyev qeyd edib ki, başqa dillərə tərcümə olunan istənilən Azərbaycan ədəbiyyat nümunəsi alqışlanmalıdır: "Çingiz Abdullayev yazıçı kimi Azərbaycana ən çox xidmət etmiş adamlardan biridir" Ç. Abdullayev əsərin ərsəyə gəlməsi haqqında da danışıb: "Viktor Yanukoviçin həyatı haqqında məlumat alanda, mənə çox maraqlı gəldi. Fəxr edirəm ki, azərbaycanlı yazıçı Ukrayna prezidenti haqqında əsərin müəllifidir".
Aynurə Asimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB