Daxili İşlər Nazirliyi Cəlilabadda baş verən qətllə bağlı rəsmi məlumat yayıb. SİA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 4-də Cəlilabad rayonunun Günəşli kəndindəki evində kənd sakini Əlizamin Rzayev qısqanclıq zəminində arvadı Turanə Cəfərovanı bıçaqla qətlə yetirib.
Onunla birgə olan Masallı rayon sakini Almaz Dəmirova isə xəsarət yetirib. Rzayev Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən tutulub. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB