Keçən həftə İstanbulun Taksim meydanında keçirilən Xocalıya dəstək mitinqində açılan bəzi şüarlara qarşı aksiya keçirilib. Aksiya bu adla başlasa da ermənilər üçün əzələ nümayişinə çevrilib. Taksim İstiqlal prospekti "Qalatasaray" meydanında keçirilən aksiyada "Azadlıq və Həmrəylik" partiyası, Azərbaycan əslli sosialistlər, AKA-DER, Sülh üçün sənət təşəbbüsü, Gürcü Mədəniyyət mərkəzi, Xalqların Demokratik şurası, ermənilərə aid "Jıneps" qəzeti, Laz məktəbi və bir çox ictimai təşkilat iştirak edib. Anamüxalifətçi Cumhuriyyət Xalq partiyası (CHP) millət vəkili Mahmud Tanal, bəzi jurnalis və aktyorların iştirak etdiyi aksiyada irqçiliyə qarşı fikirlər səsləndirilib.
Aksiyada, "İrqçiliyə qarşı xalqların qardaşlığı üçün irəliləyirik", "Yaşasın xalqların qardaşlığı", "Türkün türkdən başqa dostu var", "Faşizmə keçid yoxdur", "Nifrət sizin, humanizm bizim", "İrqçiliyə yol verməyəcəyik" kimi şüarlar açılıb.
Qeyd edək ki, aksiyada Azərbaycan əslli Mətləb Muxtarov erməni Sayad Təkirlə yanaşı dayanaraq jurnalistlərə poz verib.
Qrup adına mətbuata açıqlama verən "Jıneps" qəzetinin əməkdaşı Yaşar Güven keçən həftə Xocalıya dəstək bəhanəsiylə Daxili işlər nazirliyinin nəzarətində ermənilərə və bütün xalqlara qarşı kin və nifrət ifadə edildiyini iddia edib. "Təhqir etdilər, hədələdilər. Məqsəd heç də Xocalı qətliamı deyildi. Bu, 1915-ci ildə bir xalqın bütün mədəniyyəti, ictimai qurulşu, tarixi mirasının yox edilərək kökündən qazınması, "soyqırımı" həqiqətinin inkar edilməsi idi. Dövlət Fransada məlum qanunun qəbul edilməsini də bəhanə edərək erməni düşmənçiliyini körükləyir. Amma bu o qədər də ucuz deyil. Budur buradayıq. Çoxuq. Bu yerin xalqları erməniləri tək buraxmayacaq".
Xatırladaq ki, bu ermənilərin Taksim meydanında türklərə qarşı ilk meydan oxuması deyil və belə aksiyalar ənənə halını almağa başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB