Milli Ordunun şəhid olan əsgəri bu gün dəfn olunub

Milli Ordunun şəhid olan əsgəri bu gün dəfn olunub

Martıq 2-də Ermənistan silahlı qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndi yaxınlığında atəşkəsi pozması nəticəsində Milli Ordunun şəhid olan əsgəri Seyidəli Şıxislam oğlu Sidəliyev bu gün doğulduğu Qusarın Piral kəndində dəfn olunub.


Şəhid olan digər əsgərimiz Vüqar Bəxtiyar oğlu Dibilovun cənazəsi isə artıq ailəsinə təhvil verilib. Sabah V.Dibilov doğulduğu Balakən rayonunda dəfn olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə