Rəcəb Tayyib Ərdoğan İrana səfər edəcək

Rəcəb Tayyib Ərdoğan İrana səfər edəcək
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İrana səfər edəcək. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumatına görə, səfər martın 26-27-də Cənubi Koreyanın paytaxtı Seul şəhərində keçiriləcək və iki gün davam edəcək Beynəlxalq Nüvə Təhlükəsizliyi Konfransından sonra reallaşacaq.

Konfransın əsas müzakirə mövzusu İranın mübahisəli nüvə proqramı olacaq. Türkiyənin baş naziri konfransda "altılıq" ölkələri və İran arasında müzakirələrin İstanbul şəhərində keçirilməsini təklif edəcək. Razılıq əldə olunacağı təqdirdə, tərəflər arasında danışıqlar ən geci bu ilin aprelində İstanbulda başlayacaq. R.T.Ərdoğan Tehrana səfəri zamanı İran prezidenti Mahmud Əhmədinejada konfransın detalları barədə ətraflı məlumat verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə