Paytaxda milli ornamentli suvenirləri hansı qiymətə almaq olar? FOTO

Paytaxda milli ornamentli suvenirləri hansı qiymətə almaq olar? FOTO

Hər bir turistin səfər etdiyi ölkədə birmənalı olaraq əldə etmək istədiyi əşya həmin ölkə haqqında təsəvvür yaradan suvenirlərdir. Kimi bu suveniri hansı ölkələri gəzdiyini sübut etmək üçün alır, kimi yaxınlarına hədiyyə etmək istəyir, kimi isə sadəcə xatirə olaraq saxlayır. Hələ kolleksiyaçıları demirik. Bir sözlə, suvenirlər bizim haqqımızda çox şey danışır. Bəs görəsən, may ayında Bakıda keçiriləcək \"Eurovision-2012\" mahnı müsabiqəsi ilə əlaqədar ölkəmizə çoxlu sayda təşrif buyuracaq turistlər Bakıda hansı suvenirləri ala biləcəklər?

Elə bu məqsədlədə yolumuzu payaxtın suvenir satışı ilə məşğul olan mağazalardan saldıq. Təbii ki, Bakımıza gələn əcnəbi qonaqlar qədim paytaxtın gəzməli və görməli yerlərini gəzmədən getməyəcəklər. Mərkəzi küçələri gəzərkən bir neçə yerdə suvenir satılan köşklərə rast gəldik. Piştaxtaların üzərində daha cox İçəri Şəhərlə bağlı müxtəlif suvenirlərin olması diqqətimizdən yayınmadı.Qız Qalasının kiçik maketləri, balaca muğam triosunun oyuncaqları və müxtəlif personajlar, milli ornametli çarıqlar, baş örtükləri, şarflar, üzərində Bakının və İçəri Şəhərdəki tarixi binaların təsviri çəkilmiş boşqablar, fincanlar, təsbehlər, breloklar, rəsm əsərləri və s. Satıcı Nicar deyir ki, satışa çıxarılan boşqablar, fincanlar və bu kimi suvenirlər əl işləridi və xüsusi insanlar tərəfindən hazırlanıb. Rəsm əsərləri, təsbehlər və bəzi əl işləmələri sənətkarlar tərəfindən onlara təqdim edilir.

\"\"

\"\"

\"\"

Yolumuzu saldığımız növbəti mağazalardada eyni mənzərə idi. Göz və zövq oxsayan suvenirlər öz alıcılarının yolunu gözləyirdi.Suvenirlərin qiymətləri ilə də maraqlandıq, elə də baha deyildi, 1-20 AZN arasında dəyişirdi. Qız qalasının sinvolunu özündə əks etdirən bu suveniri hazırlandığı materialında asılı olaraq 3-5 manata almaq olar. Bakının mənzərəsini özündə əks etdirən və üzərinə Azərbaycan Bakı yazılan bu suvenir boşqablar və fincanların da hər birini 6-20 manat arası almaq mümkündü. Xırda həcimli xalcalar, milli geyimlərin qiyməti isə bir qədər baha 30-50 manat arası dəyişirdi. Suvenirlərə təlabatın çox olduğunu deyən satıcı Kərim bayramlarda xüsusilədə şəhərdə təşkil edilən müəyyən tədbirlərdə milli suvenirlərə tələbatın daha da artdığını bildirdi.Bu qiymətlərin \"Eurovision-2012\" müsabiqəsinə gələn gənc turistlərin cibinə görə olacağından, suvenir biznesi ölkəmizə az da olsa pul qazandıracaq. Əlbəttə ki, bu suvenirlərə \"Eurovision\"la bağlı suvenirlər də əlavə olunsa daha yaxşı olardı.

\"\"


\"\"


\"\"

Paytaxtımızda keçiriləcək 57-ci Eurovision mahnı müsabiqəsinin şüarı "Light your fire" qeyd olunan geyim növləri, fincan, aksessuarlar, qeyd dəftərcələri, həmçinin məlumat kitabçaları və digər müsabiqə ləvazimatları artıq alıcıların ixtiyarına verilib. Satış eurvision.tv saytının "Fanshop" bölməsi üzərindən həyata keçirilir. Bu aksessuar və suvenirlər hər il olduğu kimi Avropa Yayımları Birliyinin rəsmi tərəfdaşı olan "Badge Direct BV" şirkəti tərəfindən həyata keçirilib. Satışa çıxarılan aksessuar və suvenirlər bu ilki müsabiqənin şüarının rənglərini əks etdirir.

Sayıtda göstərilir ki, Eurovision 2012 köynəkləri 24.95-44.95, papaqları 14.95, şərfləri 10, fincanları 7.50, aksessuarları 4.95-119.95 avro arasındadır. Builki aksessuarlar arasında Eurovision Mahnı Müsabiqəsi tarixində ən yaddaqalan ifaçıların, 57-ci Eurovision müsabiqəsinin keçirildiyi paytaxt Bakı haqqında və digər zəruri məlumatlar toplanıb.

Onu da əlavə edək ki, bu ilin mayında Bakıda keçiriləcək Eurovision mahnı müsabiqəsi 2012-də təmsil olunacaq 43 ölkənin şoudakı mahnılarından ibarət iki hissəli diskləri artıq sifariş etmək mümkündür. Bu disklər pulsuz çatdırılır. İki hissəli disklər mayın əvvəlindən satışa çıxacaq. Disklərin qiyməti isə 19,95 Avro təşkil edir.\"\"


\"\"

\"\"



\"\"

Elə paytaxt sakinləri də üzərində "Evrovision-2012" mahnı müsabiqəsinin sinvolları olan geyim əşyalarının və ya suvenirlərin satışda yoxluğundan gileyləndilər.Musahiblərimlə söhbət zamanı məlum oldu ki, bu gün Azərbaycan mədəniyyətini tarixi abidələrini dünyada tanıtmaq ücün elə Evrovision musabiqəsi əla fürsətdi. Paytaxta gələn hər bir əcnəbi milli dəyərlərimizi özündə əks etdirən maddi nümunələri görməsi və onu alaraq özü ilə dünyanın müxtəlif yerlərinə aparması ölkəmizin təbliğatına çevrilir. Amma nə yazıq ki, hələ də bu tip geyimlə vitrinləri bəzəmir.

Hər halda Eurovision 2012 mahnı müsabiqəsini hər kəs böyük həyəcan və səbrlə gözləyir. Hər kəsində bu müsabiqədən əldə edəcəyi xüsusi bir məqam var. Bu da ölkəmizi laiqincə təmsil etmək.

\"\"

\"\"


Bütün xəbərlər Facebook səhifəmizdə