İƏT dövlətlərinin beyin mərkəzlərinin forumunun Bakı bəyannaməsi qəbul olundu

İƏT dövlətlərinin beyin mərkəzlərinin forumunun Bakı bəyannaməsi qəbul olundu

Azərbaycanın Strateji Araşdırmalar Mərkəzi (SAM) və Türkiyənin Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) əməkdaşlığı çərçivəsində keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) dövlətlərinin beyin mərkəzlərinin forumunun Bakı bəyannaməsi qəbul olundu.

SİA-nın xəbərinə görə, bəyannamədə qeyd olunur ki, konfransın əsas məqsədi İslam ölkələri arasında konstruktiv və xoş əhval-ruhiyyəli mühit yaratmaq idi: \"Üç gün ərzində aparılan müzakirələr nəticəsində bu məqsədə nail olunduğunu hesab edirik. Bakı deklarasiyasının əsas məqsədi İƏT ölkələrində dəyişikliklər və transformasiyalara nail olmaq, İƏT ölkələri arasında mədəni və ənənəvi əlaqələri inkişaf etdirmək və üzv dövlətlərin ərazi bötüvlüyü, sərhərlədinin toxunulmazlığının beynəlxalq hüquq prinsiplərinə əsasən nail olmaqdır. Forumun nəticəsi olaraq İslam inkişaf bankıının maliyyə yardımı ilə Bakıda beynəlxalq tədqiqat mərkəzinin (BTM ) tikilməsi planlaşdırılır.

BTM-in tikilməsində məqsəd İslam ölkələri arasında ortaq inkişaf strategiyasının hazırlanması və inkişaf etdirilməsidir. Bundan başqa burada akademik jurnal və mətbu orqanları çap etməklə mərkəzin fəaliyyəti barədə dünyada təbliğat aparılacaq".

Bakıda qərara alınıb ki, İƏT üzv dövlətlərinin beyin mərkəzlərinin 5-ci forumu 2014-cü il Pakistanın paytaxtı İslamabad şəhərində keçirilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə