“5 mart – Bədən Tərbiyəsi və İdman günü”nə həsr olunan tədbir keçiriləcək

“5 mart – Bədən Tərbiyəsi və İdman günü”nə həsr olunan tədbir keçiriləcək

"5 mart – Bədən Tərbiyəsi və İdman günü"nə həsr olunan müxtəlif tədbirlər keçiriləcək. SİA-nın xəbərinə görə, martın 5-də Gənclərvə İdman Nazirliyi tərəfindən Heydər Əliyev Sarayının qarşısındakı parkda tədbir təşkil olunacaq. Tədbir saat 14:00-dan 16:00-dək davam edəcək. Tədbir zamanı ümummilli lider Heydər Əliyevin abidəsinin önünə əklil qoyulması, veteran idmançılarla gorüş və onların mükafatlandırılması, bir sıra idman işçilərinin "Fəxri Bədən Tərbiyəsi və İdman işçisi" adları ilə təltif edilməsi nəzərdə tutulub.

Bundan əlavə, tədbir çərçivəsində 30 idman növlərinin idmançılarının nümunəvi çıxışları və olimpiya və qeyri-olimpiya növləri haqqında pavilyonların nümayişi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə