“Gənc qan donorları üçün qış universiteti , Gürcüstan 2012” başa çatıb

“Gənc qan donorları üçün qış universiteti , Gürcüstan 2012” başa çatıb

"Gənc qan donorları üçün qış universiteti , Gürcüstan 2012" -in iştrakçıları Gürcüstan Respublikasının paytaxtı Tiflis şəhərinin mərkəzi hissəsində yerləşən Heydər Əliyev parkında ulu öndərin büstü ziyarət ediblər. Mərasimdə hər iki tərəfin səlahiyyətli nümayəndələri iştirak edib.Daha sonra gənclər Gürcüstan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və Gürcüstan Respublikasının Prezident Adminstrasiyasındakı görüşlərdə iştirak ediblər.

\"\"


\"\"

Gürcüstan Respublikasının Ədliyyə Nazirliyində baş tutan görüşdə isə nazirliyin Ədalətin Təmin Edilməsi Departamentinin prokuroru "Korrupsiya ilə mübarizə" mövzusunda seminarı açıq elan edib. Seminar respublikada yaxın 10 il ərzində Ədliyyə sahəsində görülən islahatlardan bəhs edib. Seminarın sonunda prokuror gəncləri maraqlandıran sualları cavablandırıb və görüş nazirlikdə ekskursiya ilə sona çatıb. Gənclər daha sonra Gürcüstan Respublikasının Daxili İşlər Nazirliyində görüşə qatılıblar.Burada növbəti keçiriləcək seminarın mövzusu "Gürcüstan Respublikasının Daxili İşlər Nazirliyində reformlar" idi. Seminar müvafiq sahə üzrə respublikanın illər üzrə statistik məlumatları, əldə olunan nailiyyətlərdən bəhs edib. Öz effektini qısa müddət ərzində göstərən praktikadan bəhs edən seminar gənclərin böyük marağına səbəb olub.

\"\"


\"\"

\"\"

Görüş yekunlaşdıqdan sonra gənclər günün ən çox marağa səbəb olan və böyük səbirsizliklə gözlənilən məkanına- Gürcüstan Respublikası Prezident Adminstrasiyasına yola düşublər. Adminstrasiyanın səlahiyyətli şəxsi binanın strukturası haqqında məlumat verilib. Prezident Mixail Saakaşvilinin hədiyyələr muzeyi ilə tanış olan gənclərə Prezidentin şəxsi hədiyyələri təqdim olunub.

\"\"

\"\"

\"\"

Xatırladaq ki "Gənc qan donorları üçün qış universiteti , Gürcüstan 2012"-nin rəsmi açılışı 28 fevral tarixində baş tutub. İştrakçılar iki gün ərzində müxtəlif mövzularda təlim keçiblər, layihənin ikinci günü həmçinin iştrakçılar Xocalı faciəsini yad edib, gürcüstanda və azərbaycandan olan gənclərə Xocalı soyqırımı ilə bağlı dolğun məlumat verilib.

"Gənc qan donorları üçün qış universiteti , Gürcüstan 2012" "Marneuli Gənclər Mərkəzi" (Gürcüstan), "Qan Donorları Assosiasiyası" (Azərbaycan Respublikası) və "Gənclərin Töhvəsi"

İctimai Birliyi (Azərbaycan Respublikası) tərfindən təşkil olunub və Azərbaycan təşkilatlarının ölkədən kanar həyata keçirdiyi ilk "Qış Universiteti"-dir.

Layihə, Azərbaycan Respublikasının İdman və Gənclər Baş İdarəsi, Gürcüstanın Reinteqarsiya məsələləri üzrə dövlət nazirliyi aparatı, ARDNŞ – in Gürcüstan nümayəndəliyi və Marneuli munisipalitetinin yerli özünüidarəetmə hakimiyyəti tərəfindən dəstəklənib.

\"\"\"\"

\"\"

\"\"

\"\"

\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə