Bu gün Bakının Xətai rayonunda yaranan sürüşmə təhlükəsi ilə bağlı baş nazirin müavini Abid Şərifovun iştirakı ilə müşavirə keçirilib. SİA-nın xəbərinə görə, müşavirədə sürüşmə ilə əlaqədar tədbirlər planı hazırlanıb. Sürüşmənin qarşısını almaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təklif olunmuş tədbirlər planı həyata keçiriləcək. Müşavirədə baş nazirin müavini tərəfindən sürüşmənin qarşısını almaq üçün tədbirlər görülməsi üçün tapşırıqlar verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də ərazidə bərkitmə işlərinin dərinliyini öyrənmək və sürüşmənin dinamikasını müəyyən etməkdən ötrü mühəndis geoloji tədqiqatları davam etdirəcək. Qalan tədbirlərlə əlaqədar da müvafiq qurumlara tapşırıqlar verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, son 3 gündə Bakının Xətai rayonunun General Şıxliniski küçəsi ilə Gəncə prospekti arasındakı yaşayış massivindəki sürüşmə sahəsində intensiv dəyişkənlik baş verib. Hazırda sürüşmə sahəsinin eni 150 metrə, uzunluğu 230-250 metrə qədərdir. Son 2 gündə çatların eni və uzunluğu artıb, çökmə prosesləri intensivləşib və sürüşmə aktiv formada inkişaf edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB