Millət vəkili İsveç və Norveç krallarına müraciət ünvanlayıb - TAM MƏTNİ
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Etibar Hüseynov İsveç və Norveç krallarına, Norveç Parlamentinin sədrinə, Norveç Nobel Komitəsinin sədrinə,Nobel ailəsinin üzvlərinə müraciət ünvanlayıb.
SİA Etibar Hüseynovun həmin müraciətini olduğu kimi təqdim edir: "Mən Azərbaycanın paytaxtı Baki şəhərindən ölkə
parlamentinə secilmişmillət vəkiliyəm.Bakı şəhəri 100 ildən artıq
bir müddətdir ki, dünyada öz nefti ilə məhşurdur. Ayrı-ayrı zaman kəsimində
Avropanın bir sıra neft maqnatları bu şəhərdə uzun müddət calışmış və fayda
götürmüşlər. Bu qəbildən hətta sizlərin əcdadlarınız sayılan Alfred,
Lüdviq və Robert Nobeller də 1879-cu ildə Bakıda \"Nobel
qardaşları\" şirkətini yaratmış və təxminən 40 il ərzində ona
rəhbərlik etmişdilər. Bu gün dünyanın ən mötəbər mükafatlarından sayılan Nobel
mükafatının12 faizini dəməhz Nobel qardaşlarının Bakıdakı müştərək
şirkətindən əldə olunan gəliri təşkil edir. Bu da əlbəttə ki,
bizləri də sevindirən bir məlumatdır. Bakıda yaşayib və işlədikləri zaman
kəsiyində Nobel qardaşları bir sira xeyriyyəcilik işləri ilə də məşğul
olmuşdular ki, bu da paytaxt sakinləri tərəfindən indininözündə
beləxoş bir xatirə kimi anıılmaqdadır. Elə ona görə də Nobel
qardaşlarının adları Baıkda əbədiləşdirilib. Onlarin adinı daşıyan park, kücə,
prospekt o cümlədən ev muzeyi bakılıların daim hörmətlə ziyarət etdikləri
məkanlardan sayılır. Öz vətənlərindən kənarda Nobellərə bu qədər sayğı və
diqqət göstərmış başqa bir ölkə və yaxalqın olmasına inanmıram.
Hörmətli xanımlar vəcənablar. Cox təəsüflər olsun ki, həmişə öz
tolerantlığı və qonaqpərvərliyi ilə secilən Bakı şəhəri 1990-cı ilin 20 yanvar
günü dünyanın xəbər gündəminə ağir faciə ilə gəldi. Həmin gün SSRİ rəhbəri
Mixail Qarbacovun əmri ilə hərbi texnika və müxtəlif qoşun növləri hec bir
xəbərdarlıq edilmədən şəhərə yeridildi, azadlıq və demokratiya tələbı ilə dinc
aksiya kecirən vətəndaşlara qarşı amansızterror həyata kecirdi. Bu
hadisələr zamanı 131 nəfər öldürülmüş, 744 şəxs yaralanmış, 328 nəfər əlil
olmuş, 841 nəfər isə qanunsuz həbs olunmuşdur. Həlak olanların arasında
müxtəlif millətlərin nümayəndələri, qadınlar, uşaqlar və qocalar, öz qulluq
vəzifələrini sona qədər fədakarlıqla yerinə yetirən təcili tibbi yardım
işçiləri və polislər olmuşdur. Bakının zəbt edilməsi xüsusi qəddarlıq və misli
görünməmiş vəhşiliklə müşayiət olunmuşdur. Beynəlxalq hüquq normaları
iləqadağan olunmuş yandırıcı güllələrdən dinc əhaliyə qarşı istifadə
olunması, mülki əhalinin əmlakının məvh edilməsi bunu bir daha sübut edir.
20 yanvar hadisələrinin əsas episentri mənim deputat secildiyim əraziyə - Yasamal rayonuna təsadüf edir. Bu ərazidən 40 nəfər həmın hadisələr zamanı şəhid olmuş, onlarla insan isə yaralanmış vəəlil olmuşdur. Onlar ayrı-ayrı millətlərin nümayəndələrı idilər. Şəhid olan insanlardan biri də yenicə ailə həyatı qurmuş İlham Allahverdiyev idi. Onun ölüm xəbərini alan həyat yoldaşı Fərizə buna dözməmiş və zəhər icərəközunə qəsd etmişdir. Halbuki, o bir necə gündən sonar ana olmağa hazırlaşırdı. Bəli cənablar, təəsüflər olsun ki, bütün bu söylənilənlər Böyük Şeksprin dünyaca məhşur əsərindənbir hissədeyil, 20 yanvar günü Azərbaycan xalqınınyaşadığı canlı dramdan bir fraqmentdir.
Artıq bir əsrdən artıq müddət ərzində dünyanın ən mötəbər mükafatlarından biri hesab olunan Nobel mükafatı bir sıra sahələrdə, o cümlədən sülhün dəstəklənməsi sahəsində mühüm nailiyyətlər əldə etmiş, Nobel mükafatının özündə təcəssüm etdirdiyi fundamental dəyərləri, xüsusilə sülh məramını bölüşən, Alfred Nobelin vəsiyyətnaməsində qeyd olunduğu kimi xalqlar arasında dostluğu təşviq edən və sülhyaratma prosesində iştirak edən insanlara təqdim olunur.
Lakin 1990-cı ildə Nobel sülh mükafatına layiq görülmüş SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov haqqında bunu demək mümkün deyildir. Onun vicdanı yuzlərlə vətəndaşının qanına boyanmışdır. Yüzlərlə insan şikəst olmuşdur, minlərlə insanın taleyi sınmış, ev-eşiyindən, doğma torpağından, vətənindən didərgin düşmüşdür. Keçmiş sovet xalqları, xüsusilə də Azərbaycan xalqı hələ də onun törətdiyi cinayətlərin və xəyanətlərin acı nəticələrini yaşayır.
SSRİ Federasiya subyektlərində demokratik ideallar və milli azadlıq uğrunda mübarizə aparan hərəkatları yatırmış, Sovet imperiya hakimiyyətini nəyin bahasına olursa olsun qoruyub saxlamaq məqsədilə SSRİ məkanında indiyə qədər də həllini tapmamış etnik münaqişələrin yaranmasına rəvac vermiş, 1986-cı il dekabrın 17-18-də Qazaxıstanın paytaxtı Alma-Atada, 1989-cu il aprelin 9-da Cürcüstanın paytaxtı Tbilisidə, 1990-cı il yanvarın 20-də Azərbaycanın paytaxtı Bakıda, 1990-cı ilin yanvarında Tacikistanın paytaxtı Düşənbədə, 1991-ci il yanvarın 13-də Litvanın paytaxtı Vilnüsda, 1991-ci il yanvarın 20-də Latviyanın paytaxtı Riqada dinc vətəndaşların güllələnməsi əmrini verməklə insanlıq əleyhinə cinayət törətmiş M.Qorbaçov Nobel mükafatının simvolizə etdiyi sülhpərvərlik və xoş məramlılıq kimi ümumbəşəri dəyərləri kobudcasına pozmuşdur. O, sovet ordusunun törətdiyi cinayətlərə görə dövlət başçısı və ali baş komandan kimi məsuliyyət daşıyır.
Bu əslində sovet rəhbərliyinin SSRİ-ni təşkil edən və müstəqillik uğrunda mübarizəyə qalxmağa cürət edən xalqlara qarşı xəyanəti və amansız qisası idi. Bütün repressiya və qorxu siyasətinə, tökülən günahsız qanlara baxmayaraq, M.Qorbaçov və sovet rəhbərliyi SSRİ-ni qoruyub saxlaya bilmədi. Milli respublikalar öz istiqlallarını əldə etdilər. Lakin çox təəssüf ki, nə M.Qorbaçov, nə həmin qətliamların icraçıları indiyə qədər də məsuliyyətə cəlb olunmamışdır. M.Qorbaçov başda olmaqla onlar nəinki həmin xalqlardan üzr istəməmiş, hətta öz əməllərinə həyasızcasına bəraət qazandırmağa çalışmışlar.
Sizcə, belə bir şəxsi Nobel dəyərlərini bölüşən bir insan, rəhbər və ictimai xadim hesab etmək olarmı? Bu böyük ictimai xadim Alfred Nobelin ruhuna və vəsiyyətinə hörmətsizlik deyilmi?
Azərbaycan xalqı mehriban, sülhsevər və
istedadlıdır. O dünyaya bir sıra görkəmli yazıcı ,alim, siyasətci bəxş
etmişdir. Bu gün Nobel mükafatcıları sırasında bizim xalqın nümayəndəsi
hələlik ki, yoxdur. Biz buna təbıı baxırıq. Lakin buna qətiyyən şübhəmiz yoxdur
və ümidvarıq ki, nə vaxtsa bu şərəfə mütləq nail olacayıq. Amma bununla
bərabər hesab edirik ki, tək Azərbaycanda deyil, o cümlədən də kecmiş
SSRİ ərazisində əllərı yüzlərlə dinc və hec bir günahı olmayan insanın qanına
bulaşmış, milyonlarla insanı qaçqına cevirmiş Mixail Qorbcova Nobel Sülh
mükafatının verilməsi də bu mötəbər mükafatın adına bir ləkədir.
Ümid edirik ki, Nobel ailəsi ilə Bakı arasında tarixi bağları nəzərə alaraq hər
zaman bu mükafatın beynəlxalq nüfuzunun keşiyində dayanan Nobel Fondu, Nobel
mükafatının verilməsinə görə məsul təsisatlar SSRİ-nin keçmiş prezidenti və ali
baş komandanı M.Qorbaçovun əmri ilə 1990-cı il yanvarın 19-20-də Bakıda qətlə
yetirilmiş yüzlərlə insanın xatirəsinə hörmət olaraq bu mükafatı M.Qorbaçova
münasibətdə geri çağıracaq. Dünya ictimaiyyəti onun əsl simasını görərək, onu
tarixin gözündə lənətləyəcək. Bununla torpaqda, soyuq məzarlarda uyuyan və
əbədiyyətə qovuşan günahsız insanların ruhu nəhayət ki, ilahi sakitlik tapacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB