Gəncə Şəhər İcra Hakimiyyətində hesabat müşavirəsi keçirilib

Gəncə Şəhər İcra Hakimiyyətində hesabat müşavirəsi keçirilib

Gəncə şəhərinin 2011-ci il ərzində sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat müşavirəsi keçirilib. SİA-nın bölgə müxbirinin məlumatına görə, tədbirdən öncə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Prezident Administrasiyasının rəsmisi Habil Əzməmmədov, Gəncə şəhərini Milli Məclisdə təmsil edən deputatlar şəhərin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin əzəmətli heykəlini ziyarət ediblər.

Ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzüblər, ruhunu hörmətlə anıblar. Ardından YAP Gəncə şəhər təşkilatının binasında hesabat yığıncağı keçirilib. Öncə ölkə başçısı İlham Əliyevin Gəncə şəhərinə səfərini əks etdirən film nümayiş olunub.

Ardından Elmar Vəliyev 2011-ci ildə görülən işlərdən danışıc. Bildirib ki, Gəncə şəhəri bu gün nəhəng tikinti meydanını xatırladır. Həyata keçirilən yenidənqurma, təmir-tikinti işləri müasir şəhərsalma qaydalarına uyğun ararılır, tarixi-mədəni irs mühafizə olunmaqla şəhər əhalisinin maraqlarını təmin edir. 2011-ci ildə şəhərin sosial-iqtisadi, ictimai-siyasi həyatında stabillik davam etməklə, abadlıq-quruculuq işləri daha da sürətləndirilic və genişləndirilic. Şəhər üzrə sosial yardım alan ailələrin sayı 3 min 537 nəfər təşkil edir.

Hər bir ailəyə təyin olunan sosial yardım orta hesabla ayda 117 manat təşkil edir. Bu əvvəlki illə müqayisədə uyğun olaraq 314 ailə və 13 manat çoxdur. Vətəndaşlara pensiya, ünvanlı dövlət sosial yardımı və sosial müavinətlərin təyinatı və ödənilməsi vaxtında təmin olunmaqla, bankomatlar vasitəsi ilə həyata keçirilib. Qarabağ əlillərinə, şəhid ailələrinə, məcburi köçkünlərə diqqət, qayğı və mənəvi dayaq daim diqqət mərkəzində olub. Yola saldığımız il Gəncə şəhəri üçün uğurlu olub.


Sevinməyə dəyər ki, 2012-ci ildə də bu işlərin davamı üçün işlər görüləcək. Bunun üçün uğurlu layihələr həyata keçiriləcək.


Tədbirdə Gəncə şəhər Təhsil İdarəsinin rəisi işləmiş Mahal Əliyevə fəxri fərman təqdim olunub. Gəncə şəhər Təhsil İdarəsinə Zakir Hüseynov yeni rəis təyin olunub.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə