“Mənim Azərbaycanım” onlayn fotomüsabiqəsini yarım milyondan çox facebook istifadəçisi ziyarət etdi
Eurovision ərəfəsində "Mənim Azərbaycanım" onlayn foto-müsabiqəsini 0,533 milyon facebook istifadəçisi ziyarət edib. SİA-nın xəbərinə görə, facebook.com sosial şəbəkədə keçirilən müsabiqə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənib. Fotomüsabiqənin keçirilməsində məqsəd Eurovision ərəfəsində Azərbaycanı beynəlxalq aləmdə tanıtmaqdır.
Müsabiqədə 87 iştirakçı tərəfindən təqdim olunan 255 ədəd fotoşəkil iştirak edib. Bu fotoşəkillərə 34 672 rəy yazılıb və şəkillər ətrafında maraqlı müzakirələr aparılıb. Cəmi müsabiqə nəticəsində 532 611 nəfər şəbəkə istifadəçisi fotomüsabiqənin səhifəsini ziyarət edib.
Qeyd etmək lazımdır ki, təqdim olunan fotoşəkillər arasında çox maraqlı və düşündürən şəkillərə rast gəlinir. Yaxın günlərdə Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə "Mənim Azərbaycanım" müsabiqəsinin qaliblərinin təntənəli mükafatlandırma mərasimi keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB