Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qobustan qəsəbəsində yerləşən həbsxanaya uzunmüddətli başçəkmə həyata keçiriblər. SİA-nın xəbərinə görə, məqsəd həbsxanaya əvvəlki başçəkmələr zamanı müəssisə rəhbərliyinə verilmiş tövsiyələrin icra vəziyyətinin araşdırılması, məhkumlarla rəftarın və saxlanma şəraitinin yoxlanması, bu müəssisədə saxlanılan şəxslərin qəbul edilməsi olub.
Başçəkmə zamanı müəssisədə 60-dan çox ömürlük və müddətli həbs cəzasına məhkum edilən şəxs təklikdə qəbul edilib və onlarla söhbət zamanı pis rəftara məruz qalma ilə bağlı müraciət daxil olmayıb. Mmüəssisəyə əvvəlki başçəkmələrlə müqayisədə müsbət dəyişikliklər müşahidə edilib. Məhkumlara göstərilən tibbi xidmətin yaxşılaşdırılması, bir çox kameraların pencərlərinin genişləndirilməsi, yeməyin keyfiyyətinin yaxşılaşdırılması, müəssisədə təmizliyə riayət edilməsi, əməkdaşların nizam-intizamı müsbət qiymətləndirilib.
25 fevral tarixdə intihar edən ömürlük məhkum Eminov Qədir Qurbanəli oğlunun ölüm faktı MPM Qrupunun üzvləri tərəfindən araşdırılıb. Belə ki, onunla birgə kamerada saxlanılan ömürlük məhkumlarla, eləcə də intihar etdiyi cərimə təcridxanasının kamerasında saxlanılan məhkumla söhbət zamanı Q.Eminovun əməkdaşlar tərəfindən zorakılığa məruz qalmadığı qeyd edilib. Onun təcridxanaya salınması məsələsi araşdırılarkən məlum olub ki, Eminov saxlandığı kamerada digər məhkumla savaşdığı üçün fevralın 22-də 10 gün müddətinə cərimə təcridxanasına salınıb və orada 2 gün qaldıqdan sonra fevralın 24-dən 25-nə keçən gecə ədyaldan kəndir düzəldərək dəmir çərçivədən özünü asıb. Hazırda faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.
Eyni zamanda başçəkmə zamanı aşkar edilən bəzi nöqsanların aradan qaldırılması ilə bağlı Ədliyyə nazirinə təkliflər göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB