Qanunsuz ov edən 56 nəfərdən 53 ədəd ov tüfəngi, 88 ədəd quş və 200 ədəd patron müsadirə edilib

Qanunsuz ov edən 56 nəfərdən 53 ədəd ov tüfəngi, 88 ədəd quş və 200 ədəd patron müsadirə edilib

Ölkə ərazisində qanunsuz ov edən 56 nəfərdən 53 ədəd ov tüfəngi, 88 ədəd quş və 200 ədəd patron götürülərək müvafiq qaydada aktlaşdırQanunsuz ov edən 56 nəfərdən 53 ədəd ov tüfəngi, 88 ədəd quş və 200 ədəd patron müsadirə edilibılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, qanun pozuntusuna yol vermiş şəxslər barəsində inzibati qaydada, ümumilikdə 12000 manat məbləğində cərimə tətbiq edilib. Belə ki, Abşeron rayonu ərazisində qanunsuz ovla məşğul olan 5 nəfər (6 ov silahı, 6 patron), İmişli rayonu ərazisində 11 nəfər (11 ov silahı, 88 patron), Qaradağ rayonu ərazisində 12 nəfər (12 ov silahı, 46 patron), Saatlı rayonu ərazisində 2 nəfər (2 ov silahı, 25 patron), Lənkəran rayonu ərazisində 2 nəfər (1 ov silahı, 5 patron), Neftçala rayonu ərazisində 1 nəfər (1 ov silahı), Şəki rayonu ərazisində 1 nəfər (1 ov silahı), Ağsu rayonu ərazisində 3 nəfər (3 ov silahı, 3 patron), İsmayıllı rayonu ərazisində 3 nəfər (3 ov silahı), Kürdəmir rayonu ərazisində 2 nəfər (2 ov silahı), Oğuz rayonu ərazisində 3 nəfər (3 ov silahı), Cəlilabad rayonu ərazisində 1 nəfər (1 ov silahı), Biləsuvar rayonu ərazisində 3 nəfər (3 ov silahı, 26 patron), Şirvan şəhəri ərazisində 1 nəfər (1 ov silahı), Quba rayonu ərazisində 1 nəfər (1 ov silahı), Qax rayonu ərazisində 2 nəfər (2 ov silahı, 1 patron) saxlanılaraq həmin şəxslər barəsində protrokol tərtib olunmuş və müvafiq qaydada cərimə tətbiq edilib.Müvafiq sənəd təqdim etməyən qanun pozucularının şəxsiyyətlərini müəyyənləşdirmək üçün aidiyyəti Rayon Polis Şöbələrinə müraciət edilib.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən qanunsuz ov hallarının qarşısının alınması ilə əlaqədar reydlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə