Gənclər və İdman Nazirliyi martında 16-29 yaşlı gənclər arasında "Biz birlikdə bacararıq" devizi altında foto-müsabiqə keçirir. SİA-nın xəbərinə görə, müsabiqə 2020 Yay Olimpiya oyunlarına namizəd olan Bakı şəhərinə dəstək çərçivəsində gerçəkləşir. Müsabiqədə I yer qalibi 400 manat, II yer qalibi 300 manat, III yer qalibi isə 2 nəfər iştirakçı olmaqla 200 manat pul mükafatı və diplomlarla təltif olunacaq. Təqdim olunan fotoşəkillər www.baku2020.com saytında nümayiş olunacaq.
Fotoşəkillərin məzmununa gəldikdə isə onlar Azərbaycanın zəngin mədəniyyətini, idman infrastrukturunun inkişafını, təbii irsinin dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ olunmasını, ölkənin idman sahəsində qazandığı uğurları əks etdirməlidir. Müsabiqədə iştirak etmək arzusunda olan gənclər fotoşəkilləri [email protected] elektron ünvanına göndərə bilər. Müsabiqənin şərtlərinə gəldikdə isə hər bir iştirakçı yalnız 5-dək fotoşəkil təqdim edə bilər və təqdim olunan hər bir fotoşəkilin adı qeyd olunmalıdır. Bununla yanaşı iştirakçılar özləri haqqında məlumatları da əlavə etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB