Nazirlik rəsmisi: \"Bu gün qocalar evinə yerləşdirmək üçün müraciət edənlərin sayı hazırki saydan iki dəfə artıqdır\"

Nazirlik rəsmisi: \"Bu gün qocalar evinə yerləşdirmək üçün müraciət edənlərin sayı hazırki saydan iki dəfə artıqdır\"

"Bu gün hələ də əsaslı təmirə ehtiyacı olan sosial obyektlər var. Bunlara Gəncədəki ərazi Sosial Xidmət Mərkəzi, Göygöl internat evi, Şamaxıdakı internat evi və digərlərini misal göstərmək olar". Bunu SİA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbərinin müavini Elnur Kələntərli deyib. O bildirib ki, prezidentin nazirlik qarşısında qoyduğu məqsədə nail olmaq üçün həmin obyektlərin də müasir standartlara uyğun olaraq inşası və ya əsaslı təmiri nəzərdə tutulub. E. Kələntərli qeyd edib ki, 2013-cü ilin sonuna kimi "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramı" çərçivəsində ümumilikdə 7 sosial obyektin tikintisi və əsaslı təmiri başa çatdırılacaq.


Bu gün qocalar evində olan qocların sayına gəlincə, aparat rəhbərinin müavini qeyd edib ki, Bilgəh Müharibə və Əmək Əlilləri üçün Pansionatında hazırda 173 nəfər yerləşib: "Onların eləsi var ki, ümumiyyətlə övladları yoxdur, eləsi var ki, övladları olsa da onların himayəsindən məhrumdurlar. Bu gün qocalar evinə yerləşdirmək üçün müraciət edən, növbədə olanları sayı isə bundan iki dəfə artıqdır. Yeni bina imkan verəcək ki, bunların hər birini mənzillərdə yerləşdirək. Bizim milli-mentalitetimiz buna imkan vermir ki, bu say ildən-ilə artsın. Amma hər bir cəmiyyətdə olduğu kimi Azərbaycanda da var. Heç kəs bundan sığortalanmayıb. Övladlarını itirən valideynlər, maddiyət üzündən valideyninə xidmət göstərə bilməyən övladlar var. Bütün bunlara rəğmən dövlət hər zaman belə insanlara öz qapılarnı açır və onlar üçün hər bir şərait yaradır".

Bütün xəbərlər Facebook səhifəmizdə