Paytaxtda keçiriləcək Novruz şənliyinin vaxtı dəqiqləşib

Paytaxtda keçiriləcək Novruz şənliyinin vaxtı dəqiqləşib
Paytaxtda keçiriləcək Novruz şənliyinin vaxtı dəqiqləşib. SİA-nın verdiyi məlumata görə, bayram şənliyi sonuncu çərşənbə olan İlaxır çərşənbə axşamı-martın 13-də baş tutacaq.
Novruzun əsas personajlarından ibarət dəvə karvanı saat 12.00-da Azneft meydanından "Atəşgah məbədi" Dövlət tarix-memarlıq qoruğuna yola düşəcək. Karvana Novruzun əsas atributlarından sayılan Keçəl, Kosa və Bahar qızı da qoşulacaq. Atəşgahdan ulu Dədə Qorqudun elimizə-obamıza xeyir duasını alandan sonra oradakı əbədi məşəldən od götürüb geri dönəcəklər. Atəşgahdan gətirilən od saat 19:00-da Qoşa Qala qapısının qarşısında qalanacaq.

Tədbirdə Azərbaycanın tanınmış incəsənət ustalarının iştirakı ilə maraqlı konsert proqramı və atəşfəşanlıq olacaq. Martın 19-da daha bir bayram şənliyinin keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə