Bu gün Göyçay rayonunda talasimiya xəstəliyindən əziyyət çəkən insalara yardım etmək üçün qanvermə aksiyasi keçirilib. Aksiyada rayonun idarə və təşkilatları həmçinin Göyçay sakinləri aktiv iştirak edib. Qanvermə aksiyasi Mingəçevir Regional Qan Bankı və Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya unversitetinin əməkdaşları tərəfindən keçirildi. Mərkəzi Qan Bankının Mingəçevir bölməsinin müdiri Vüsalə Əhmədova deyir ki, bu cür tədbirlərin keçirilməsi hazırkı zamanda böyük əhəmiyyət kəsb edir. Çünki talasimiyalı xəstələrinin qana böyük ehtiyacları var. Keçirilən aksiyaların daimi xarakter almasını istəyirik.
Rayon sakinləri də bü cür aksiyaların tez-tez keçirilməsinin vacib olduğunu və talasimiya xəstəliyindən əziyyət çəkən insanlara qan verməkdən məmnun olduqlarini bildirdilər.Qeyd edək ki, qanvermə aksiyasında sakinlərin fəallığı müşahidə edilirdi. Belə ki, günorta saatlarına kimi 150 nəfərdən artq insan qan verib.
Xatırladaq ki, Azərbaycanda umumilikdə 875 nəfər talasimiya xəstəlindən əziyyət çəkirki,ondanda 31 nəfəri Göyçay rayonun da qeydiyyatdadi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB