Ziyafət Əsgərov: \"Minsk qrupu həmsədrləri bəyanatlardan konkret əməli fəaliyyətə keçməlidirlər\"

Ziyafət Əsgərov: \"Minsk qrupu həmsədrləri bəyanatlardan konkret əməli fəaliyyətə keçməlidirlər\"

Minsk qrupu həmsədrləri bəyanatlardan konkret əməli fəaliyyətə keçməlidirlər. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov ATƏT-in Minsk qrupu həmsədrlərin bu gün regiona başlayacaq səfərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, əgər onlar bəyanat verməklə gündəmdə qalmaq istəyirlərsə, Qarabağ münaqişəsinin həllində heç bir uğur olmayacaq: "Əgər onlar münaqişəsnin həllində maraqlıdırsa, o zaman onlar təcavüzkar Ermənistana bütün təsir mexanizmlərindən istifadə edərək təsir göstərməli və onu konsktruktiv mövqeyə gəlməyinə çalışmalıdırdar. Əks halda onların fəaliyyətinin səmərəsi və uğuru olmayacaq".

Ziyafət Əsgərov həmçinin İran tərəfindən Azərbaycana ünvanlanan etiraz notalarınada münasibət bildirib: "Əgər İrana qarşı hər hansı əməliyyatlar olarsa, Azərbaycan platsdarm rolunu oynamaycaq. İran Azərbaycanla qonşu dövlətdir. Burada hadisələrin danışıqlar yolu ilə həllində maraqlıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə