Kanada Federal Parlamentinin üzvü və hakim Mühafizəkarlar Partiyasının üzvü Ras Hibert (Russ Hiebert) parlamentin İcmalar Palatasının 29 fevral 2012-ci il tarixində keçirilmiş iclası zamanı Xocalı faciəsi ilə bağlı bəyanat səsləndirilib. Səfirlikdən SİA-ya verilən xəbərə görə, Xocalı faciəsi ilə bağlı verilmiş bəyanatda erməni silahlı qüvvələri tərəfindən 20 il öncə yüzlərlə dinc sakinin qətlə yetirildiyi və Kanadanın da bu qətliamı xatırladığı qeyd oluub. Xocalı qırğınının Dağlıq Qarabağ münaqişəsi ərzində törədilmiş dəhşətli qətliamlardan biri olduğu bəyanatda xüsusilə vurğulanıb.
Bəyanatda münaqişə nəticəsində 30 min hərbi qulluqçu və mülki vətəndaşın qətlə yetirildiyi və bir milyondan artıq insanın öz yerlərini tərk etdikləri göstərilib.
Bəyanatda Dağlıq Qarabağ bölgəsinin hələ də Ermənistanın işğalı altında olduğu xüsusilə qeyd olunub.
Bəyanatın sonunda uzun müddətdir davam edən münaqişənin sülh yolu ilə tənzimlənməsinə ümidin mövcud olduğu vurğulanıb və problemin danışıqlar masası ətrafında tənzimlənməsi məqsədilə tərəflərə çağırış səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB