Martın 24-dən 25-ə keçən gecə Azərbaycan yay vaxtına keçəcək

Martın 24-dən 25-ə keçən gecə Azərbaycan yay vaxtına keçəcək

Martın 24-dən 25-ə keçən gecə Azərbaycan yay vaxtına keçəcək. Nazirlər Kabinetinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, mart ayının son bazar günü ( 25 mart) saat 4:00-da əqrəblərin 1 saat irəli çəkilməsi ilə Azərbaycan yay vaxtına keçəcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, yay vaxtına keçid mart ayının hər sonuncu bazar günü həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə