Martın 9-da "Sumqayıt Gənclərinin Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək Şəbəkəsi" 10 mart- Milli Teatr gününə həsr olunan tədbir keçiriləcək. SİA-nın xəbərinə görə, bu barədə ictimai birliyin həmtəsisçisi Kamal Almuradlı məlumat verib.
Onun sözlərinə görə, tədbirdə Azərbaycanını aparıcı teatrlarından, həmçinin Sumqayıt Dövlət Dram Teatrından nümayəndələr iştirak edəcək. Əlaqədar qurumların da qatılacağı tədbirdə Azərbaycanda peşəkar teatrın yaranmasının 139 illik, Sumqayıt Dövlət Dranm Teatrının isə 44 illik tarixinə nəzər salınacaq, tamaşalardan fraqmentlər nümayiş olunacaq, görkəmli teatr xadimlərinin ömür yolundan bəhs edən video material təqdim ediləcək. Eyni zamanda, Azərbaycan teatr səhnəsinin gözəl teatr tamaşaları ilə teatr tariximizi zənginləşdirdirdiyindən söhbət açılacaq. Bayram tədbirində tanınmış müğənnilərin ifasında teatr, aktyorluq sənəti ilə bağlı olan mahnılar səslənəcək.
Xatırladaq ki, bu "Sumqayıt Gənclərinin Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək Şəbəkəsi" ictimai birliyinin mədəni sahədə həyata keçirdiyi ilk belə tədbir deyil. Belə ki, ictimai birlik ötən ilin iyul ayında Milli Kino günü ilə bağlı tədbir də keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB