“Gənclərlə iş sahəsində effektiv idarəetmənin təşkili”

“Gənclərlə iş sahəsində effektiv idarəetmənin təşkili”

Fevralın 28-dən "Gənclərlə iş sahəsində effektiv idarəetmənin təşkili" adlı təlim kursu öz işinə başlayıb. SİA-nın xəbərinə görə, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı Novxanı "Olimpik" İstirahət və İdman Mərkəzində gənclər və idman idarələrinin rəhbərləri üçün mövzusunda keçirilən təlim kursunun əsas məqsədi idarə rəhbərlərinin fəaliyyətinin səmərəliliyini, gənclərlə iş sahəsində bilik və peşə bacarıqlarını artırmaq və "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının yerlərdə effektiv icrasını təmin etməkdir.

Martın 3-dək davam edəcək idarə rəhbərlərinin fəaliyyətinin təkmilləşdirilməsi və stimullaşdırılması ilə əlaqədarı bəzi mövzular üzrə məşğələlər keçiriləcək. Təlim məşğələlər Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva, Regionlarla iş və kadrlar şöbəsinin müdiri Asif Quliyev, Ümumi şöbənin müdiri Nazim Nəbiyev, Gənclərlə iş şöbəsinin sektor müdirləri Fuad Babayev, Nərmin Bağırova, Elşən Hüseynov, Əli Məmmədov, Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin milli məsləhətçisi Araz Paşayev, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin içraçı direktoru Şahin Seyid-zadə və "Gənclərin İntellektual İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri Faiq Hüseynov tərəfindən aparılacaq.

Sonda təlim iştirakçılarına Gənclər və İdman Nazirliyinin təsis etdiyi şəhadətnamələr təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə