Dövlət Məşğulluq Xidmətinin fəaliyyəti üzrə təlim seminarı keçirilib

Dövlət Məşğulluq Xidmətinin fəaliyyəti üzrə təlim seminarı keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə \"Dövlət Məşğulluq Xidmətinin fəaliyyəti üzrə informasiya və idarəetmə sisteminin yaradılması\" tapşırığına uyğun olaraq təlim seminarı təşkil edilib. SİA-nın xəbərinə görə, semianr nazirlik və və Dünya Bankı tərəfindən birgə həyata keçirilən "Sosial Müdafiənin İnkişafı" Layihəsinin "Əmək bazarı islahatları" adlı birinci komponenti olub.

Təlim seminarının mövzusu Azərbaycanda Aktiv Əmək Bazarı Proqramlarının Monitorinqi üçün fəaliyyət üzrə informasiya-idarəetmə sistemi (FİİS) modelinin praktik tətbiqi olub. Dövlət Məşğulluq Xidmətinin müvafiq şöbələrinin, pilot kimi seçilmiş Bakı şəhər Məşğulluq İdarəsinin, paytaxtın Binəqədi və Nəsimi rayon Məşğulluq Mərkəzlərinin əməkdaşlarının iştirak etdiyi təlim seminarı Böyük Britaniyanın "MHC International" şirkətinin beynəlxalq eksperti Uilliam Haus tərəfindən keçirilib. Üç gün davam edən təlim seminarı zamanı məşğulluq xidməti əməkdaşları FİİS modeli və ondan istifadə, fəaliyyət göstəricilərinin hesablanması (məlumatın toplanması, daxil edilməsi və işlənməsi), ayrı-ayrı Aktiv Əmək Bazarı Proqramlarının iştirakçıları və işəgötürənlər arasında sorğuların təşkil edilməsi barədə məlumatlandırılıb. Eyni zamanda, seminarda FİİS informasiyasından istifadə edilməklə Dövlət Məşğulluq Xidməti tərəfindən proqram planlaşdırılması və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq sahədə siyasətin hazırlanması zamanı bundan istifadə edilməsi, FİİS bülletenin hazırlanması istiqamətlərində təlim iştirakçılarına müvafiq bilik və məlumatlar verilib, geniş müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə