Tərtər rayonunda yeni yol istifadəyə verildi

Tərtər rayonunda yeni yol istifadəyə verildi

Tərtərdə 19 kilometr uzunluğunda çəkilən kənd yolu sakinlərin istifadəsinə verilib. SİA-nın Qarabağ üzrə bölgə müxbiri xəbər verir ki, bir neçə kəndi birləşdirən yeni yolda sakinlərin rahatçılığı üçün hər cür şərait yaradılıb.

Rayonun Düyərli-Poladlı kənd yollarına yenidən asfalt örtüyü çəkilərək sakinlərin istifadəsinə verilib. Uzun illərdir ki, bərbad vəziyətdə olan bu yol əsaslı şəkildə yenidən bərpa edilib.

Uzunluğu 19 kilometr olan yol 14 kəndi birləşdirir. Yeni çəkilmiş yoldan 10 minə yaxın əhali istifadə edir. Artıq sakinlər mənzil başına çatmaq üçün vaxt itirmirlər. Yeni çəkilmiş yolun Düyərli və Poladlı hissəsində "alkopon" üzlükdən ibarət qapılar tikilib. Kənd yollarında sərnişinlərin rahat gediş gəlişi üçün müasir tipli avtodayanacaq quraşdırılıb.

Qeyd edək ki, ötən il ölkə başçısının sərəncamı ilə Düyərli-Poladlı yolunun çəkilişi üçün Tərtərə 4 milyon manat vasait ayrılıb.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə