Elmar Məmmədov: “Bu gün virtual aləmdə demokratik-azad fikirlərimizi ictimaiyyətə çatdırmalıyıq”
\"Dünən və bu gün hakim partiyanın Gənclər Birliyi tərəfindən keçirilən seminarladan bir gənc olaraq çox şey öyrəndik\". YAP-ın Sumqayıt rayon Gənclər Birliyinin sədri Elmar Məmmədov SİA-ya açıqlamasında bildirib ki, bu gün onların əsas məqsədi sosial şəbəkədə Azərbaycanla bağlı düzgün məlumatların çatdırılması ilə bağlıdır.
"Hər bir YAP gəncinin borcudur ki, cənab prezidentimizin qoyduğu siyasəti davam etdirsin və bizə əks olan qüvvələrə qarşı çıxsın. Bu gün bir gənc kimi əvvəlki tək küçələrə çıxıb mitinqlər keçirmək yox, virtual aləmdə öz demokratik-azad fikirlərimizi ictimaiyyətə çatdırmalıyıq. Sumqayıt gəncləri adından deyə bilərəm ki, həmişə cənab prezident İlham Əliyevin siyasətini dəstəkləyir və hər zaman onun yanında olduğumuzu bildiririk", - deyə o əlavə edib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB