Samirə Quliyeva: “Nəticələr ürəkaçandır”

Samirə Quliyeva: “Nəticələr ürəkaçandır”

\"Bu gün bütün dünyada informasiya telekomunnikasiya texnologiyalarına marağı çox böyükdür və bütün sahələrdə istifadə olunur\". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva deyib. O bildirib ki, Azərbaycan da bu sahədə öndə gedən ölkələrdəndir. S.Quliyevanın sözlərinə görə, bu baxımdan da hakim partiya gənclərinin bu iki günlük seminar-treninqləri çox əhəmiyyətlidir: \"Seminar çərçivəsində nəzəri treninqlərə rəhbərlik edirdim. Burada sosial şəbəkələr, İKT-nin əhəmiyyəti, sosial şəbəkələrə gənclərin marağı, oradakı davranış, informasiyanın qəbul olunması və digər məsələlər ətrafında müzakirələr aparılıb. Sorğunun nəticəsinə əsasən onu deyə bilərəm ki, həm bu treninqlərin böyük əhəmiyyəti var idi, həm də partiya sıralarında təmsil olunan gənclərin bu səpkidə maraq və biliklərini öyrənə bildik. Yekun olaraq deyə bilərəm ki, nəticələr ürəkaçandır".

Bütün xəbərlər Facebook səhifəmizdə