Amil Cavadov: “Qarabağ gəncləri müasir dövrün tələblərinə uyğun olaraq sosial şəbəkələrdə fəal iştirak edirlər”
"Artıq 2 gündür ki, Bakı şəhərində Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin rayon və şəhər təşkilatları sədrləri üçün treninqlər keçirilir. Bunların təşkil olunması gənclərin müasir dövrdə sosial şəbəkələrdə fəallığının artırılması, informasiyanın əldə edilməsi istiqamətində mühüm rol oynayır". YAP-ın Ağdam rayon Gənclər Birliyinin sədri Amil Cavadov SİA-ya açıqlamasında bildirib ki, Qarabağ gəncləri də bu gün müasir dövrün tələblərinə uyğun olaraq sosial şəbəkələrdə fəal iştirak edirlər. Onun sözlərinə görə, dövlətin, dövlətçiliyin möhkəmlənməsi və qorunması istiqamətində müxtəlif layihələr, tədbirlər həyata keçirilir: "İki gün ərzində aparılan seminarlar da gənclərin həm siyasi cəhətdən savadlanması, həm də sosial şəbəkələrdə fəallığın artırılması istiqamətində mühüm rol oynayır. Bu treninqlərin də nəticələri hər bir şəhər və ya rayonda öz müsbət təsirlərini göstərəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB