Tural Əliyev: “Gənclər nəinki ölkə daxilində, hətta ölkə xaricində dövlətə layiqincə təmsil etməyi bacarmalıdır”

Tural Əliyev: “Gənclər nəinki ölkə daxilində, hətta ölkə xaricində dövlətə layiqincə təmsil etməyi bacarmalıdır”

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkil etdiyi iki günlük seminarlarda ən çox sosial şəbəkələr, onların bugünki ictimai-siyasi həyatda rolu və digər məsələlər barədə ətraflı məlumatlar əldə olunub. YAP-ın Suraxanı rayon Gənclər Birliyinin üzvü Tural Əliyev SİA-ya açıqlamasında deyib ki, seminar çərçivəsində əldə etdikləri ən çox informasiyalar sosial şəbəkələrdə informasiyaların paylaşması, onlardan əldə edilən neqativ və pozitiv tərəflər, qruplarda gedən informasiyaların nədən ibarət olması, dövlətçiliyin leyihə və əleyhinə olan xəbərlərlə bağlı olub.

"Bu gün Azərbaycan yenicə müstəqillik əldə etmiş bir dövlətdir. Bu dövlətdə istənilən hər bir problemə də vətəndaş mövqeyindən yanaşmaq lazımdır. Ona görə də bu gün sosial şəbəkələr bizə daha geniş bir meydan verir. Gənclər də nəinki ölkə daxilində, hətta ölkə xaricində dövlətə layiqincə təmsil etməyi bacarmalıdır. Gənclər ölkəmizi dövlətçilik əleyhinə olan istənilən informasiyaları düşmənlərlə əlbir və yaxud da konkret şəkildə dövlətçiliyə qarşı yönəlmiş istənilən fikirləri, birlikləri elmi cəhətdən puç etməli və dünya ictimaiyyətinə bildirməlidir. Bu informasiyalar daha çox subyektiv xarakter daşıyır", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə