Ombudsman 2011-ci il üzrə illik məruzəsini təqdim edib

Ombudsman 2011-ci il üzrə illik məruzəsini təqdim edib

Ombudsman Elmira Süleymanova illik məruzəsini Azərbaycan Prezidentinə və Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada digər dövlət qurumlarına göndərib. Ombudsmanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sənəddə "Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında" 2011-ci il üzrə illik məruzədə müvəkkilin Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpası, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, habelə insan hüquqlarının təmin edilməsi sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, onun dövlət qurumları, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönəlmiş ümumiləşdirilmiş təklif və tövsiyələri öz əksini tapıb.


İllik məruzənin martın 6-da Milli Məclisin iclasında dinlənilməsi nəzərdə tutulub.

Məruzə dinlənildikdən sonra geniş ictimaiyyətin tanış olması məqsədilə mətbu orqanlarda dərc ediləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə