Qanunla qadağan olunmuş dini təriqət üzvlərindən birinin mənzilindən dini ədəbiyyat aşkarlanaraq müsadirə edilib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunla qadağan olunmuş dini təriqətlərdən birinin üzvü olan Qazma kənd sakini Elman Eminovun evinə baxış keçirilib. Nəticədə mənzildən 8 ədəd dini məzmunlu kitab və 11 ədəd broşüra aşkar edilərək götürülüb.
Hazırda faktla bağlı polis şöbəsində təhqiqat aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB