Səhiyyə işçiləri qan verdi

Səhiyyə Nazirliyi növbəti qanvermə aksiyasını keçirib. SİA-nın nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, 28-29 fevral 2012-ci il tarixlərində Vergilər Nazirliyində və Vergi Cinayətləri İdarəsində könüllü qanvermə aksiyaları keçirilib.


Nazirlikdən bildirilib ki, aksiyalar zamanı 374 nəfər könüllü olaraq qan verib. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə