Daşqın Mikayılov: “Ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğı göz önündədir”
Ümumiyyətlə, ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğı göz önündədir. Bunu SİA-ya açıqlamasında YAP Şəki rayon təşkilatının gənclər birliyinin (GB) sədri Daşqın Mikayılov bildirib.
Birliyin sədri qeyd edib ki, bugünki konfransda Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədovun tövsiyyələri dinlənilib: "O tövsiyyələrdə göstərildi ki, hazırda mitinqlərin keçirilməsi dövrü arxada qaldı. Bu gün artıq informasiya-texnologiyalarından, internetdən geniş istifadə olunmalıdır. Bu sahədə bizim ilkin məlumatımız var və hansısa işlərin görüldüyündən xəbərdarıq. Amma bu gün bizim iştirak etdiyimiz tədbirin əsas məqsədi GB-nın istiqamət götürdüyü sahələr bizə öyrənəcəyimiz işlər barəsində siyasi həmfikirlərimiz olan gəncləri istiqamətlndirməkdir. Bundan sonra da gənclərin fəaliyyəti sahəsindəki işlərimiz davam edəcək. Bu seminarlarda, məşğələlərdə iştirak edib müsbət nəticəsini tezliklə görəcəyik. Mən bir daha bizə göstərilən bu qayğıya görə YAP-ın rəhbərliyinə öz təşəkkürümü bildirirəm və seminara uğurlar arzulayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB