Hakim partiya gənclərinin ümumrespublika müşavirəsi ilə bağlı fikirləri...

Hakim partiya gənclərinin ümumrespublika müşavirəsi ilə bağlı fikirləri...

Yeni Azərbaycan Partiyasının rayon (şəhər) təşkilatları üzrə gənclər birlikləri sədrlərinin ümumrespublika müşavirəsində iştirak edən gənclər öz fikirləini SİA ilə bölüşüb. Yeni Azərbaycan Partiyası Biləsuvar rayon Gənclər Birliyinin sədri Kamil Qurbanlı deyib ki, respublikada həyata keçirilən dövlət siyasətinin əsas tərkib hissələrindən biridir: "Hər zaman olduğu kimi bu dəfə də ölkədə gənclər siyasətinin həyata keçirilməsində favorit qüvvə Yeni Azərbyacan Partiyasının Gənclər Birliyidir. Bugünki tədbirin də məqsədi Yeni Azərbaycan Partiyası Gənclər Birliyi üzvlərini bir araya toplamaq, respublikada bu sahədə həyata keçirilən strateji gənclər siyasətinə dəstək olmaqdır.

Yeni Azərbaycan Partiyası Füzuli rayon Gənclər Birliyinin sədri Tural Nəbiyev isə qeyd edib ki, bugünki tədbirə respublikanın bütnü ərazisindən olan gənclər toplaşıb: "Bu da ölkəmizdə gənclərin fəallığını göstərir. Biz gənclər də Yeni Azərbaycan Partiyasının qarşımızda qoyduğu bütün tədbir və planları daima həyata keçirməyə hazırıq. Ölkəmizdə gənclərə hər zaman diqqət və qayğı göstərilir. Biz də gənclər olaraq hər zaman bu diqqət və qayğını öz üzərimizdə hiss edirik".

YAP İsmayıllı rayon GB-nin sədri Taleh Salehov isə vurğulayıb ki, bu gün bura yığışmağımızın əsas məqsədi gənclərin informasiya texnologiyaları sahəsindəki biliklərinin daha da mükəmməlləşdirilməsi barədə danışılacaq: "Bundan başqa, biz ötən il Qəbələdə, Naftalanada və Lerikdə yay-qış məktəblərində iştirak edib, orada həm yeni biliklər, həm də yeni dostlar qazanmışıq. Bu gün bizə bu dəstəyi göstərən, informasiya-texnologiyalarında köməklik edən hər kəsə öz təşəkkürmüzü bildiririk. Ölkə başçısı cənab İlham Əliyevə, eləcə də YAP-ın bütün rəsmilərinə, kollektivinə öz dərin təşəkkürümüzü bildiririk. Televiziyalardan izlədiymiz qədəri ilə bu gün Azərbaycan gəncliyi yanlış yollara doğru istiqamətlənir, bizim əsas məqsədimiz bu cür gəncləri düzgün şəkildə istiqamətləndirməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə