YAP GB-nin sədri ümumrespublikası müşavirəsinin mahiyyətindən danışdı
Xəbər vediyimiz kimi, Yeni Azərbaycan Partiyasının rayon (şəhər) təşkilatları üzrə gənclər birlikləri sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. YAP Gənclər Birliyinin sədri Seymur Orucov SİA-ya açıqlamasında bildirib ki, bu konfransda əsas məqsəd görülən işlər barədə hesabat vermək, gələcəkdə görəcək işlər barədə fikir mübadiləsi aparmaq, onların təkliflərini, tələblərini dinləmək, işi daha yaxşı qurmağın yolları və digər məsələlər ətrafında müzakirələr aparmaqdır. Onun sözlərinə görə, tədbirin ikinci hissəsində rayon və şəhər təşkilatlarının sədrləri müəyyən qruplar çərçivəsində sosial şəbəkələrdən istifadənin təkmilləşdiirlməsinə dair müəyyən ideoloji, sosioloji seminar və treninqlər keçirilir. S.Orucov qeyd edib ki, burada da əsas məqsəd gəncləri maarifləndirmək və yenə də maarifləndirməkdir.
"Yeni Azərbaycan Partiyasının gənclər siyasətində bir sıra prioritet istiqamətlər mövcuddur. Bununla bağlı üç əsas istiqaməti qeyd etmək istəyirəm: təşkilatlanma, beynəlxalq qurumlarda özünütəsdiq və cəmiyyətdə mütəxəssis qismində təmsil olunma. Yeni Azərbaycan Partiyasının gənclərlə bağlı siyasətinin uğurla davam etdirilməsi gənclərin ictimai-siyasi fəallığını da ildən-ilə artırır. Seçki prosesində gənclərin iştirakı, parlament və bələdiyyələrdə təmsil olunmaları buna misaldır. Hazırda dövlət gənclər siyasətinin bəhrəsi olan, bilik və bacarıqları ilə özünə etimad qazanmış gənc millət vəkillərimiz var", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB